Çərşənbə günü 19 Dekabr 2018

Mədəniyyət

MKS-nin 11 saylı kitabxana filialında İsa Muğannanın kitabı müzakirə edilib

Sənubər Qocayeva - 21/09/2018

Müzakirə Azərbaycan yazıçısı, ssenaristi İsa Muğannanın “Məşhər” kitabının üzərində aparılıb. Tədbiri filialın müdiri Esmira Həsənova açaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verib.

Daha sonar kitabxananın fəal oxucuları ilə İsa Muğannanın “Məşhər” kitabının müzakirəsi aparılıbMüzakirədə əsərdə baş verən hadisələrdən söhbət açılıb. “Məşhər” İsa Hüseynovun ən yaxşı romanlarından biridir. Bu tarixi romanda müəllif çox şeyləri sübut edib. Müzakirədə romanda baş verən Nəsimi ilə Əmir Teymurun görüşməsinin yanlış tarixi fakt olması müzakirə obyektinə çevrilib.

Tədbirdə həmçinin, yazıçının kitablarından ibarət sərgi nümayiş olundu.

Müzakirənin əsas məqsədi ədəbi təfəkkürümüz üçün əvəzsiz sayılacaq bu əsəri bir daha sevdirmək və oxucu kütləsinin diqqətinə çatdırmaqdır.

Photogallery

42059508 2292727334131231 8260238101901737984 N 42247798 2292727284131236 157956991497535488 N

Hadisə