Bazar ertəsi 17 Dekabr 2018

Səhiyyə

Gəncədə qanvermə akiyası yüksək səviyyədə təşkil olunub

Gülnar Fazilqızı - 20/09/2018

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə təşkil edilən aksiyaya səhər saat 9:00-dan başlanılıb. Gəncədə “İmamzadə” ziyarətgahında təşkil olunan qanvermə aksiyasında yüzlərlə insan iştirak edib.

Mərkəzi Qan Bankının Gəncə filialının 44 nəfərlik tibbi briqadası xüsusi qurulmuş çadırda vətəndaşlara xidmət göstərib. Burada 42 nəfərin eyni vaxtda qanverməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib. Aksiyada iştirak emək istəyən şəxslərin əvvəl arterial təziqi və qanında olan hemoqlobinin miqdarı yoxlanılıb. Sağlamlığında problem olmayan və 18 yaşıdan yuxarı şəxslər qan verə biliblər. Aksiyasiyada Gəncə və ətraf rayonlardan 300-dən artıq insan iştirak edib. Aksiyanın mütəşəkkil təşkili sakinlərin də razılığına səbəb olub.

Gəncə şəhər Cavad xan küçəsinin sakini: “Əvvəl onu deyim ki, aksiya çox gözəl təşkil olunub. Sanitar normalara diqqət edilir, tibb işçiləri hər kəsə xüsusi qayğı ilə yanaşırlar. Mən də öz mənəvi borcumdan çıxmaq üçün burdayam. Qan verdim, özümü çox yaxşı hiss edirəm”.

Səmkir rayonu Çinarlı kənd sakini Telli Hacıyeva: “Düşünürəm ki, yardıma ehtiyac duyan insanlara köməklik göstərmək bizim mənəvi borcumuzdur. Bu gün bu aksiyada iştirak edərək azı bir nəfərin dərdinə qismən də olsa dərman ola biləcəmsə, bu məni çox sevindirər”.

Gəncə şəhər Zülfü Hacıyev küçəsinin sakini İradə Müstafayeva: “Qan vermək insanın özü üçün də çox faydalıdır. Həm orqanizm yenilənir, həm də insan mənəvi bir rahatlıq tapır. Qan verən insan kiminsə həyatını xilas etməklə yanaşı,  öz sağlamlığının da qeydinə qalmış olur”.

Tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə ediləcək. Hazırda Mərkəzi Qan Bankının Gəncə bölməsində Qərb bölgəsi üzrə ümumilikdə 300 hemofiliyalı və talassemiyalı xəstə qeydiyyatdadır. Bildirək ki, aksiya 40 gün ərzində davam edəcək. Qan vermək istəyən şəxslər Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşa bilərlər.

Photogallery

42170055 300914243832363 8903950031946514432 N 42164561 436312413560869 4855813071928557568 N 41992155 793730474291345 6109810515813335040 N 42200254 2040150402735335 7465821795279437824 N 42194394 2083434171970913 4858490167993827328 N 41897928 941440186047121 1009307564984238080 N

Hadisə