Çərşənbə günü 17 Oktyabr 2018

Elm

I Ümumdünya Türk Məzar Abidələri Simpoziumu keçirilir

GanjaNews - 20/09/2018

AMEA Gəncə Bölməsinin gənc alimi, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov bu simpoziumda iştirak edir.

Bakıda I Ümumdünya Türk Məzar Abidələri Simpoziumu keçirilir.  19-21 sentyabr tarixləri arasında keçirilən simpoziumda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Qazaxıstan, Şimali Kipr, Polşa, Qırğızıstan və digər ölkələrdən görkəmli tədqiqatçılar iştirak edirlər. Beynəlxalq elmi tədbirdə Gəncə də uğurla təmsil olunur. AMEA Gəncə Bölməsinin gənc alimi, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov bu simpoziumda iştirak edir. İlk dəfə olaraq keçirilən bu mötəbər elmi toplantı Beynəlxalq Türkdilli Ölkələrin Elmlər Akademiyası, Türk Tarix Qurumu, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Ərciyəs Universiteti, Xəzər Universitetinin təşkilatçılığı ilə baş tutur. Tədbirdə türk dünyasının görkəmli alimlərindən professor Cəlil Arslan, akademik Nailə Vəlixanlı, professor Halit Çal, professor Azize Yasa, professor Mustafa Ünal və digərləri iştirak edirlər.

Photogallery

P1cnoq8vo8pdv1gbch2m18eugovl

Hadisə