Çərşənbə günü 17 Oktyabr 2018

Mədəniyyət

Gəncə və digər bölgələrin regional mədəniyyət idarələrinə aid obyektlərdə təmir işləri görüləcək

Sənubər Qocayeva - 19/09/2018

Mədəniyyət Nazirliyinin 6 regional idarəsinə aid obyektlərdə təmir işləri görüləcək.

Təmir işləri Şəmkir, Sabirabad, Bərdə, Kürdəmir rayon, həmçinin Sumqayıt və Gəncə şəhər Regional Mədəniyyət idarələrinə aid obyektlərdə aparılacaq.

Bir müddət əvvəl Mədəniyyət Nazirliyi tərəfindən təmir işləri ilə əlaqədar tenderlər elan edilmişdi. Ötən həftə infrastruktur işlərini həyata keçirən yerli inşaat firmalarından biri tenderlərin qalib olub.

Qeyd edək ki, həmin obyektlərdə təmir işləri yarım milyon manata yaxın vəsait tələb edir.

Photogallery

Remont 180918

Hadisə