Bazar ertəsi 21 Sentyabr 2020

Cəmiyyət

Gəncədə məscidlər əsaslı təmir edilib

Sənubər Göyüşqızı - 18/09/2018

Təmir işləri Qırıxlı Məsçidində aparılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami Bələdiyyəsi tərəfindən Təbriz küçəsində yerləşən Qazaxlar Məsçidində və Bağmanlar – Gəncə küçələrinin kəsişməsində yerləşən Qırıxlı Məsçidində əsaslı təmir işləri aparılıb.

Təmir zamanı məscidin ilkin görünüşünə xələl gətirmədən divarlar rənglənib, işıq sistemi, pəncərələrdə olan şəbəkələr təmir edilib, kərpiclərin üzü cilalanıb.Təmir işləri yekunlaşdıqdan sonra Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun hədiyyəsini Qazaxlar Məsçidinin mütəvəllidi Tural Süleymanova təqdim edib.

Qeyd edək ki, Qazaxlar Məscidi 1886-ci ildə Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin bünovrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları, döşəməsi çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hörülüb. Cümə Məscidində olduğu kimi, Qazaxlar Məscidində də üç giriş qapısı var.

XVIII əsr abidəsi olan Qırıxlı Məscidi də qırmızı kərpic, gil-əhəng qatışığından tikilib. Məscid günbəzlidir.

Photogallery

41965069 1039545606227245 8198012589947486208 N 41975516 1039545492893923 8128238015840518144 N 42045525 1039545586227247 625619281526128640 N 41953625 1039545986227207 841151615296602112 N

İdman

Hadisə