Çərşənbə axşamı 20 Noyabr 2018

Təhsil

UTECA-nın bir qrup tələbəsi Türkiyədə təhsil alacaq

Sənubər Göyüşqızı - 14/09/2018

Azərbaycan Texnologiya Universiteti (UTECA) Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyə universitetləri ilə əməkdaşlıq edir. Hər il UTECA-nın müəllim və tələbələri Türkiyə universitetlərində mübadilə proqramlarında iştirak edirlər.

2018-2019 tədris ilində daha 11 tələbə və 6 müəllim mübadilədə iştirak hüququ əldə edib.

Universitetin mətbuat xidmətindən ganjanews.az saytına verilən məlumata görə, ilkin olaraq 5 UTECA tələbəsi payız semestrində Mevlana Mübadilə proqramı ilə təhsil almaq üçün Türkiyəyə yola salınıb. Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov həmin tələbələrlə görüşüb, onlara xeyir dua verib və uğurlar arzulayıb. Tələbələr Türkiyənin İstanbul Universiteti, Karadeniz Texniki Universiteti, Ordu Universiteti və Manisa Celal Bayar Universitetlərində təhsil alacaqlar.

 

Photogallery

41658849 678007162580210 7593488456907489280 N 41667348 533518010423667 7444603943872626688 N