Çərşənbə axşamı 20 Noyabr 2018

Təhsil

ADAU-nun fakültələri yeni dərs ilinə hazırdır

Kamilə Seyidli - 14/09/2018

Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri yeni dərs ilinə tam hazırdır. Təmir, quruculuq işləri ilə yanaşı maddi-texniki baza da təlabata uyğun qurulub. Təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə olub, hazırlığın vəziyyəti ilə maraqlanıb, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı yığıncaqlar keçirib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu dəfəki görüş-yığıncaqlardan biri də Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində baş tutub.

Rektor bildirib ki, aqrar təhsilin inkişafına dövlətin dəstəyi və qayğısı ilbəil güclənir. Artıq universitetdə 14 ixtisas dövlət sifarişlidir və bu ixtisası seçənlər təhsil haqqından azaddır, üstəlik təqaüdlə də təmin edilirlər. Rektor onu da əlavə edib ki, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 2-ci və 3-cü mərtəbəsinin əsaslı şəkildə yenidən qurulması, tam texniki təminatı da dövlətin dəstəyinin və qayğısının təsdiqidir.

Yığıncaqda kafedra müdirləri də çıxış edib, hazırlıqla bağlı görülən işlərlərdən danışıblar.

Photogallery

41610873 1941233532636259 8032616929841643520 N 41611348 1941234292636183 108462819170582528 N 41606997 1941234279302851 4422910003766099968 N