Cümə günü 14 Dekabr 2018

Təhsil

ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində növbəti elmi şura keçirilib.

Kamilə Seyidli - 14/09/2018

Elmi şuranın iclasında ilk olaraq 2017-2018-ci tədris ilində görülən işlərlə bağlı fakültə dekanı, dosent Əlöysəd Əsgərovun hesabatı dinlənilib.

Dekan ötən tədris ilinin uğurlarından söz açıb, keyfiyyətli tədris üçün yaradılan şəraitin standartlara uyğun olduğunu bildirib, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Daha uğurlu nəticələrə imza atmaq üçün fəaliyyətin səmərəliliyini artırmağın vacibliyini vurğulayıb. 

Elmi şuranın iclasında problem və çatışmazlıqlardan da söz açılıb, həlli yolları araşdırılıb, təklif və tövsiyyələr dinlənilib.

Kafedralarda dərs bölgüsü, TEC-in iş planının təsdiqi də elmi şurada müzakirə edilib.

Photogallery

41647171 1941104365982509 3183787255693049856 N 41651266 1941104362649176 1111921991612366848 N

Hadisə

Təhsil