Cümə günü 21 Sentyabr 2018

Cəmiyyət

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib

Sənubər Qocayeva - 14/09/2018

YAP Gəncə şəhər təşkilatının ərazi ilk partiya təşkilatlarında Gənclər Birliyi, Qadınlar Şurası İdarə Heyətlərinin yeni tərkibinin, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilməsi məqsədi ilə keçirdiyi görüşlər uğurla davam edir.

Ərazi ilk partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Gəncə şəhər təşkilatının nümayəndələri, ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə memarı Ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının ölkəmizin şərəfli mübarizə tarixindəki böyük rolu, bu gün ümumxalq partiyası olaraq, geniş nüfuz qazandığı, Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğu qeyd edilib.

Çıxış edənlər ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsinin onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən, YAP Gəncə şəhər təşkilatının qarşısında duran vəzifələrindən danışıblar.

Görüşdə Gəncədə fəaliyyət göstərən partiya fəallarının hər bir uğurunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının xüsusi rolu olduğu vurğulanıb, onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.

Geniş diskussiya şəraitində keçən tədbirlərdə ərazi ilk partiya təşkilatlarında görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.

 

Photogallery

41518489 305264816920385 5027789459450494976 N