Cümə günü 16 Noyabr 2018

İdman

Gəncədə cüdo üzrə uşaq və yeniyetmələr arasında yarış keçirilib

Kamilə Seyidli - 13/09/2018

Yarış 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə gerçəkləşib.

"ARB KEPEZ"in məlumatına görə,yarışa Gəncə cüdoçuları ilə yanaşı, Şəmkir, Göygöl və Samux təmsilçiləri də qatılıb. Olduqca maraqlı keçən yarışda, əsasən 2005-2007-ci təvəllüdlü idmançılar iştirak edib.   8 çəki dərəcəsində olan yüzə yaxın idmançı birincilik uğurunda mübarizə aparıblar.Sonda qaliblərə medal və mükafatlar təqdi olunub.

Qeyd edək ki, bu cür yarışları keçirməkdə əsas məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarından səmərəli istifadəsinə yönəlib. 

Təhsil