Cümə günü 21 Sentyabr 2018

Hadisə

Gəncədə qadın beşinci mərtəbədən yerə yıxılıb

Sənubər Göyüşqızı - 13/09/2018

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü yerli sakin Əliyeva Turan Yadigar qızı yaşadığı 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.