Cümə günü 16 Noyabr 2018

Sosial

Gəncədə yaşayan və iş axtaran gənclər üçün əvəzedilməz imkan yaradılıb

Kamilə Seyidli - 12/09/2018

SYSLAB Gəncə Mərkəzi iştirakçı seçimi elan edib. USAİD, BMT İP və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstəyi ilə "Sahibkarlığın və Məşğulluğun İnkişafına Dəstək" layihəsinə qoşulmaq istəyən gənclər üçün əvəzedilməz imkan yaradılıb.

Layihənin məqsədi işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan mərkəzdə gündəlik iş rejimində, həftənin 5 günü saat 10:00-14:00 arası olmaqla həyata keçirəcəklər.

Layihə ərzində iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir.
Layihədə iştirak müddəti maksimum 2 aydır. İştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran şəxslərdən seçiləcək.

İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq: 
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;

Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 70%-i iş tapmağa müvəffəq olurlar.
Layihədə iştirak ödənişsizdir.
Maraqlanan şəxslər 15 sentyabr 2018 tarixinə dək öz CV-lərini ganja.syslab@gmail.com ünvanına göndərə bilər.
Əlavə məlumat üçün: 077 759 29 19
Ünvan: M.Xələfov 18 (Kəpəz rayon Məşğulluq Mərkəzi)

Bildirək ki, 2014-cü ildə ilk dəfə reallaşan layihə 2016-cı ildən davamlı olaraq icra edilir.

Photogallery

SYS1 SYS2 SYS5 SYS3

Təhsil