Cümə günü 21 Sentyabr 2018

İqtisadiyyat

Gəncənin arıçıları Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasına qatılacaq

Kamilə Cəmşidqızı - 11/09/2018

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 5-dən 28-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək:

Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr.

Eyni zamanda, şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32