Cümə günü 21 Sentyabr 2018

Cəmiyyət

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib

Gülnar Fazilqızı - 11/09/2018

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu dəfə Yeni Gəncə qəsəbəsi sakinlərinin şikayət və təkliflərini dinləyib. “Açıq mikrofon” şəraitində keçən görüşdə 70-ə yaxın sakin öz problemlərini dilə gətirib.

Ganjanews.az-ın məlumatına görə, əsasən çoxmərtəbəli binalarda liftlərin təmirini, tüstü bacaların təmizlənməsini, dam örtüklərinin dəyişdirilməsini və ərazidə uşaqlar üçün oyun meydançasının yaradılmasını istəyən sakinlər öz fərdi problemlərini də dilə gətiriblər. Onlar arasında isə su, torpaq və işlə təminat kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün aidiyyətı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

Photogallery

41471213 1581795355258663 1075855596449693696 N 41524099 245544322822252 4842396891175976960 N 41540293 314229569309774 8235559189754150912 N 41647203 2015034585186225 584063484367470592 N 41484386 2235741769788299 5806431077044060160 N