Cümə günü 21 Sentyabr 2018

Cəmiyyət

Niyazi Bayramov Şəhər Təsərrüfatı Şöbəsinin tabeliyində olan idarə və müəssisə rəhbərləri ilə görüşüb

Gülnar Fazilqızı - 08/09/2018

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Şəhər Təsərrüfatı Şöbəsinin tabeliyində olan idarə və müəssisə rəhbərləri ilə görüşüb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısına şəhərin qaz, işıq, su təminatı, gecə işıqlanması, qazanxanaların fəaliyyəti, qəbirstanlıqlardakı vəziyyət və digər məsələlərlə bağlı məlumat verilib.

Çıxışlardan aydın olub ki, Gəncə küçələrinin gecə işıqlanması lazımi səviyyədə deyil. Gəncə şəhər Yaşıllaşdırma İdarəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyətində də müəyyən nöqsanlar mövcudur. Əsas problem isə texnika çatışmazlığıdır. Məlumat verilib ki, “Azəristilik” ASC-nin nəznində 32 qazanxana var ki, onlardan da 20-si tam təmirlidir.

Ganjanews.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov səsləndirilən məsələlərlə bağlı müəyyən göstərişlər verib. Gəncə şəhər Dövlət Dəmiryol İdarəsinin balansında olan binaların Gəncə Şəhər İcra Hakimiyyətinin balansına köçürülməsi, habelə 1 nömrəli Şəhər Qəbirstanlığı və “Səbzikar” Məzarlığına nəzarətin Nizami və Kəpəz Rayon Bələdiyyələrinə verilməsi üçün müvafiq komissiyanın yaradılması tapşırılıb.

Həmçinin Gəncənin Nizami prospektində, şəhər Avtovağzalının (Yevlax istiqaməti) qarşısındakı yolda olan dəmir arakəsmələrin götürülməsi, avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə ərazidə işıqforların quraşdırılası üçün müvafiq göstərişlər verilib.

Əhalinin su və qazla təminatı zamanı yaranan problemlərin də aradan qaldırılması üçün tapşırıqlar olub. Təbii qazın verilişində yaranan fasilələrin əhaliyə maddi ziyan vurduğu qeyd edilib. Gəncə şəhər Qaz İstirmar Sahəsinə Gəncə Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan qazın əsassız kəsilməsi qadağan edilib.

Sonda Şəhər Təsərrüfatı Şöbəsinin tabeliyində olan kommunal xidmət sahələrinə işlərində daha məsuliyyətli olmaları, əhalinin şikayətlərinin həll edilməsi istiqamətində operativ çalışmaları tapşırılıb.

 

© Materialın istifadəsi zamanı istinad vacibdir

Photogallery

PS2A9309 3PS2A9300