Cümə axşamı 18 Oktyabr 2018

QHT

'Gələcəyə Körpü' GİB maarifləndirici seminar təşkil edib

Kamilə Seyidli - 06/09/2018

Qazax rayonunda Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub.

Mərkəzin koordinatoru Hüseynxan Hacızadə  Qazax gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib.Tədbirdə "Gələcəyə Körpü" GİB-in Türk EVS könüllüsü Ayhan Gorgada iştirak edib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi  elan olunub. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

Qeyd edək ki, İlin sonuna kimi “Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi” nin bir çox regionlara  səfəri  nəzərdə tutulur.

Hadisə