Cümə günü 16 Noyabr 2018

İqtisadiyyat

Gəncədə daha bir layihə başa çatıb

Kamilə Cəmşidqızı - 31/08/2018

"Sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması" layihəsi başa çatıb.

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi “Sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması“ layihəsinin  icrasını başa çatdırmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Əsas məqsədi peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması təşəbbüslərinə dəstək vermək olan layihə fəaliyyətləri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində həyata keçirilmişdir.

Özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 22 nəfər peşə təhsili müəssisələri məzunları və şagirdlərinə “Bizneslə tanışlıq”  modulu üzrə təlim sessiyası, ,”Sahibkarlıq fəalyyətində elektron xidmətlərdən istifadə” modulu üzrə seminarlar keçirlmişdir. Hədəf seçilmiş peşə təhsili müəssisələrinin məzunları özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, biznes planın hazırlanması,elektron xidmətlərdən istifadə mövzularında göstərilmiş 42 məlumat-məsləhət  xidmətindən faydalanmışdır. Müstəqil əmək fəaliyyətinə başlamaq üçün gənclər  tərəfindən 14 məşğulluq təklifi irəli sürülmüş, 7 biznes planın ilkin variantı hazırlanmış-dır.

Əldə edilmiş bilik və bacarıqlar, praktik vərdişlər gənclərə məşğulluğun təmin edilməsində və ailə gəlirlərinin artırılmasında alternativ seçim imkanı yaratmışdır.

Özünüməşğulluq fəaliyyətinin təşviqi və bununla bağlı bacarıqlarının artırılması üzrə fəaliyyətlər, layihə icrasında iştirak etmiş maraqlı tərəflərin birgə resursları hesabına davam etdiriləcəkdir.

Uğurla icra edilmiş  bu layihəni “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsinə  əlavə bir töhfə kimi qiymətləndirmək olar.

 

Photogallery

IMG 1194 IMG 1448 IMG 1658 (1) IMG 1616 IMG 1649 IMG 1660 IMG 1658 IMG 1690

Təhsil