Bazar ertəsi 17 Dekabr 2018

QHT

“Hacıkənd Yay Düşərgəsi - 2018”: Cavad xan zirvəsinə yürüş, Millət vəkili ilə söhbət

GanjaNews - 30/08/2018

“Hacıkənd Yay Düşərgəsi-2018″ layihəsinin iştirakşıları Gəncənin Hacıkənd qəsəbəsində yerləşən qədim alban məbədinə yürüş ediblər. Füsunkar təbiət qoynunda bir araya gələn ölkənin müxtəlif regionlarından 85-ə yaxın gənc şən musiqi sədaları altında yola davam ediblər. Yürüşə başlanmazdan əvvəl gənclərə günümüzədək qorunan tarixi abidələr haqqında ətraflı məlumat verilib. Həmçinin qeyd edilib ki, layihə ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini yaxından öyrənilməsində, həmçinin gənclər arasında səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyır.

Həmçinin proqrama uyğun olaraq Millət Vəkili Pərvin Kərimzadə  “Hacıkənd Yay Düşərgəsi - 2018” layihəsi iştirakçılarının qonağı olub.

“Tarixən hər bir ölkə xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənclərə bağlıyır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bir ölkənin gənc təbəqəsinin dünyagörüşlü, intellektual formalaşmasında onun asudə vaxtını necə keçirməsi də böyük əhəmiyyət daşıyır”- deyə millət vəkili layihənin əhəmiyyətini xüsusi ilə vurğulayıb. 

Pərvin Kərimzadə ölkə Başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışıb. Ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən söz açıb. Millət vəkili məhdud imkanlı insanların cəmiyyətə inteqrasiyası, dövlət tərəfindən onların sosial rifahının güclənməsi daim diqqət mərkəzində saxladığını da vurğulayıb.

Düşərigədə ölkənin müxtəlif regionlarından bir araya gələn 85-ə yaxın gənci ilə səmimi keçən söhbət zamanı dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu müzakirə mövzusuna çevrilib.
Sonda səmimi və maraqlı görüşdən xatirə şəkillər çəkdirilib.

Xatırladaq ki, “Gəncə – Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan yay düşərgəsi Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi, “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Photogallery

40284626 285572948928503 3828213670727385088 N 40322364 546796955778661 6287815590014877696 N 40290480 2146700552210755 931624646120308736 N 40282920 981036805409505 3557657819438120960 N 40389303 981036998742819 1775828119148560384 N 40395138 981037088742810 6455612132544217088 N 40261725 452182918624612 7793157234480906240 N 40422108 981036975409488 6177780061194682368 N

Hadisə