Cümə axşamı 18 Oktyabr 2018

QHT

“Hacıkənd Yay Düşərgəsi-2018″ davam edir

Sənubər Göyüşqızı - 28/08/2018

Gəncənin Hacıkənd qəsəbəsində, təbiət qoynunda həyata keçirilən yay güşərgəsinin ikinci günü əlil gənclərin cəmiyyətə inteqrasiyasına həsr edilib.

"Gələcəyə Körpü" GİB-nin icraçı direktoru Hüseynxan Hacızadənin iştirakı ilə keçən paneldə əlil gənclərin bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə inteqrasiyası mövzuları ətrfaında müzakirələr aparılıb. Sonra iştirakçılar düşərgədə təşkil olunmuş əyləncəli idman proqramlarında iştirak edib, intellektual oyunlar üzrə yarışıblar. 

Qeyd edək ki, ölkənin müxtəlif regionlarından 85-ə yaxın gəncin iştirak etdiyi yay güşərgəsi “Gələcəyə Körpü" Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşır. “Gəncə - Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maaliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi ilə keçirilir. 

Photogallery

38 39 11111

Hadisə