Bazar ertəsi 17 Dekabr 2018

Elm

Mütəxəssislər Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi layihə çərçivəsində Qaxda olublar

Sənubər Göyüşqızı - 21/08/2018

GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyası) icra etdiyi “Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Qax rayonunda fındıq və tərəvəz istehsalçılarının fərdi təsərrüfatlarında sahə məsləhət günləri keçirilib.

Fermer təsərrüfatlarına keçirilən birgə baxış zamanı fındıq və tərəvəz istehsalında aqrotexniki qulluq qaydaları üzrə aşkar olunan nöqsanlar, xəstəlik və zərərvericilərin törətdiyi fəsadlar və müasir inteqrir bitki mühafizə işlərinə dair aparıcı mütəxəssislər tərəfindən fermerlərə zəruri tövsiyələr verilib.

Həmçinin tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının regional ekspertləri iştirak edərək, fermerlərə öz məsləhətlərini veriblər.

Sahə günlərində iştirak edən ekspertlər fermerlərə zərərverici və xəstəliklərin inkişaf mərhələlərinin düzgün identifikasiyasını və sahədə təyin olunan müxtəlif növ zərərli həşəratların zərərvurma səviyyəsinin müəyyən edilmə üsullarını praktiki şəkildə göstəriblər. Bundan başqa, tədbirdə ekoloji təmiz fermer təsərrüfatlarının yaradılmasının iqtisadi səmərəliliyi haqqında danışılıb və ekoloji təmiz təsərrüfatçılıqda üzvi gübrələrin yerli şəraitdə hazırlanması və tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.

 

 

Photogallery

13

Hadisə