Cümə axşamı 18 Oktyabr 2018

QHT

Gəncədə “Qoşa ruhlar” filminin təqdimatı keçirilib

GanjaNews - 16/08/2018

“İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı layihəsi çərçivəsində lentə alınan sənədli-bədii filminin təqdimatı Gəncə Məhsəti Mərkəzində baş tutub. Filmdə müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçən iki oxşar “ruh”dan bəhs edilir. “Billur Studia” tərəfindən lentə alınan filmin rejissoru Etibar Məmmədov, layihə rəhbəri Aybəniz Qafarovadır.

Filmin bir hissəsi 1961-ci ildə Gəncədə doğulan və 1992-ci ildə gedən döyüşlərdə həlak olan şəhid-şair Salmanov Aydın Arif oğlundan bəhs edir. Aydın Salmanov Ağdərə uğrunda gedən döyüşlər zamanı “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas edib. Özü isə düşmən hücumu nəticəsində alovlanan tankın içərisində yanaraq, dünyasını dəyişib.

Filmin iknci hissəsində isə 2016-cı ilin aprelində gedən döyüşlər zamanı həlak olan şair-müəllim Mikayıl Yaqub oğlu Vahabzadədən söhbət açılır. Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Tərtər istiqamətində “N” saylı hərbi hissədə xidmət edib. M. Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə yardımı ilə lentə alınan filmin əsas məqsədi Vətən uğrunda canından keçən igid oğulların xatirələrinin əbədiləşdirilməsi, onların tanıdılmasıdır.

Photogallery

39235613 253400525280080 5926217315497541632 N 39287913 1096541763845366 1153807474755633152 N 39234632 310429132863461 6626645040305274880 N

Hadisə