Bazar ertəsi 17 Dekabr 2018

QHT

Gəncədə “Davranışın idarəolunması' və 'Pozitiv valideynlik” mövzularında seminarlar keçirilib

GanjaNews - 15/08/2018

“Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan seminarlara xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri cəlb olunublar.

Layihə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Gürcüstanın “Əlilliyi olan şəxslər üçün Mərkəz” və UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin təşkilatçılğı, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilir.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov açaraq bildirib ki, valideyn olmaq asan deyil. Uşaqlara ən gözəl qayğını valideyn göstərir, övlad üçün ən gözəl nümunə də valideyndir.  Təbii ki, övladlarının sosiallaşmasında da valideynlər mühüm rola malikdirlər. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin üzərinə böyük iş düşür. Bunun nəzərə alaraq, “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzularında seminarın keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini düşünürük. Mehman Xəlilov onu da bildirib ki, Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiyasının gücləndirilməsində yerli icmaların və ailələrin rolunun təşviqi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların düzgün tərbiyyə edilməsi və cəmiyyətə inteqrasiyasında əsas iş valideynlərin üzərinə düşür. Sevindirici haldır ki, bu gün əlil, autist və ya Daun sindromlu  uşaqların valideyinləri, onları cəmiyyət içərisinə çıxarmaqdan çəkinmirlər, övladlarını gizlətmirlər. Buna da təbii ki, bu cür maarifləndirici tədbirlərin təşkili öz müsbət təsirini göstərir.

Tədbirin məruzəçi eksperti, psixoloq Taciyə Mehdiyeva xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Bioloji valideynlik”, “Sosial valideynlik”, “Uşaq və yaş psixologiyası”, “Ailə tipləri”, “Xəstə uşaq yox, fərqli uşaq valieyni  olmaq”, “Pozitiv övlad yetişdirməyin üsulları” və “Ailədaxili münasibətlərin övlad tərbiyəsində rolu” mövzularında geniş məlumatlar verib.

Seminar müddətində mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb, valideynlərin qrup işlərinin təqdimatları dinlənilib.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Davranışın idarəolunması və pozitiv valideynlik” adlı broşura təqdim edilib.

 

 

Photogallery

IMG 3152 IMG 3176

Hadisə