Çərşənbə günü 17 Oktyabr 2018

Dünya

Misirdə ən qədmi pendir aşkarlanıb

Sənubər Göyüşqızı - 10/08/2018

İtaliyalı alimlər 3,2 min yaşı olan pendiri aşkar ediblər.

Qahirə yaxınlıgındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italiyalı alimləri orada dünyada ən qədmi - 3,2 min yaşı olan pendir aşkar ediblər.

Qahirə universitetilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan ən qədmi pendirin eramızdan əvvəl 1290–1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.

Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlıgına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırıdılar.

Hadisə