Çərşənbə günü 17 Oktyabr 2018

Dünya

Məşhur aktyor Robert Redford karyerasına son qoydu

Sənubər Göyüşqızı - 09/08/2018

Bu barədə aktyor özü bəyan edib.

Dünya kinematoqrafiyasının sönməz ulduzu Robert Redford kino karyerasına son qoyur.  ganjanews.az bildirirki, bu barədə o, xarici mediayalara bildirib. "Heç vaxt heç vaxt demə. Lakin mən həmişəlik olaraq kino sənətini tərk etmək niyyətindəyəm, çünki 21-ci ildən bu işlə məşğulam. Düşünürəm ki, artıq yetər"-deyə aktyor bildirib. 

Qeyd edək ki, 60 illik kino karyerası olan Robert Redford "Dahi Getsbi", "Bütün prezident qüvvələri", "Casus oyunları" və s.kimi məşhur filmlərdə rol alıb. Bundan başqa o, 1981-ci ildə rejissorluq etdiyi "Sadə insanlar" filminə görə "Ən yaxşı rejissor" nominasiyasında Oskar mükafatına layiq görülüb. 

Bildirək ki, bu ilin sentyabr ayında kinoteatrlara çıxacaq "Silahlı qoca" filmi aktyorun kino karyerasında oynadığı son film olacaq. 

Hadisə