Çərşənbə günü 19 Dekabr 2018

Dünya

Avropa azərbaycanlıları Gəncədəki təxribatı pisləyir

Kamilə Cəmşidqızı - 14/07/2018

Avropa Azərbaycanlıları Konqresi (AAK) Gəncə hadisələri ilə bağlı müraciət yayıb.

Müraciətdə deyilir: “İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qanunsuz aksiya keçirərək qarşıdurma törətməyə cəhd etməsi, ölkədə sabitliyi pozmaq cəhdlərini və hadisə zamanı xidməti vəzifələrini yerinə yetirərkən iki yüksək rütbəli polis zabitimizin şəhid olmasını kəskin şəkildə qınayırıq. Hesab edirik ki, Azərbaycanda hökm sürən sabitliyi, iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin göstərişi ilə ölkəmizdə törədilən terror aktlarının qarşısını almaq üçün xalqımız heç bir təxribata uymayaraq təmkinli olmalı və dövlətimizin sabitliyi naminə bu cür ünsürlərə qarşı birgə mübarizə aparmalıdır. Ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələr dövlətçiliyimizə qarşı çıxaraq öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edərək iğtişaşlar törətməyə çalışırlar. Təsadüfi deyil ki, bir sıra Avropa ölkələrində məskunlaşmış antimilli ünsürlər də onlara dəstək nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq radikalların ümidləri boşa çıxdı.

İnanırıq ki, hüquq-mühafizə orqanlarımız bu hadisələri törədən, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışan təxribatçıların layiqli cəzalarını verəcək. Avropa  Azərbaycanlıları Konqresi hər zaman dövlətimizin, dövlətçiliyimizin, Prezidentinin yanındadır.

Hadisə