Cümə günü 16 Noyabr 2018

Cəmiyyət

Professor İslam Mustafayev: Gəncədəki iğtişaş ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən törədilib

Kamilə Cəmşidqızı - 12/07/2018

Azərbaycan regionda lider dövlətdir.

Ölkəmiz iqtisadiyyat, təhsil, mədəniyyət, turizm, idman və digər sahələr üzrə uğurla inkişaf edir. Dövlətimizin başçısının rəhbərliyi ilə çoxlu strateji proqramlar qəbul olunub. Bu proqramlar ölkənin davamlı inkişafını təmin edir. Lakin bu inkişafı gözü götürməyən qüvvələr Azərbaycanda iğtişaşlar törətməyə, insanları vahiməyə salmağa çalışırlar. Gəncədə baş verən məlum hadisələr zamanı dövlət məmurlarına sui-qəsdlər də bu məqsədlə törədilib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İslam Mustafayev deyib: “Mən bir ziyalı olaraq hesab edirəm ki, son hadisələr ölkəmizi, inkişafımızı istəməyən qüvvələr tərəfindən törədilib. Onlar istəyirlər ki, digər müsəlman ölkələrindəki qeyri-sabitlik Azərbaycanda da baş versin. Lakin təhsilli, dünyagörüşlü, hər bir məsələni düzgün qiymətləndirən insanlarımız buna imkan verməyəcəklər. Xalqımız Gəncə hadisələrini qətiyyətlə pisləyir. Belə halların qarşısının alınmasında dövlətimizin güc strukturlarının operativ və sayıq addımları, sabitliyi bərqərar etmələri xalqda böyük inam və güvən yaradır. İnanıram ki, ən səmərəli üsullardan istifadə edilərək məlum hadisələrin təkrarlanmasına yol verilməyəcək, radikal dini qrupların üzvləri tapılaraq məsuliyyətə cəlb olunacaq, ölkəmiz bundan sonra da dinamik inkişaf yolu ilə irəliləyəcək”.

 

Təhsil