Bazar günü 18 Noyabr 2018

İdman

Bu gün DÇ-2018-də ikinci finalçı müəyyənləşəcək

Sənubər Göyüşqızı - 11/07/2018

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonar müəyyənləşəcək. 

Finala gedən yolda Xorvatiya qrup mərhələsinin maksimum nəticə ilə tamamlasa da, pley-offa 90 dəqiqə ərzində qələbə qazanmayıb. Zlatko Daliçin komandası 1/8 finalda Danimarkanı, daha sonra isə Rusiyanı penaltilər seriyasında üstələyib. 

Belçikaya uduzmaqla qrupda ikinci olan İngiltərə yığması isə 1/8 finalda Kolumbiyaya 11 metrlik cərimə zərbələri ilə qalib gəlib. 1/4 finalda isə ingilislər İsveçdən üstün olub. 
Qeyd edək ki, qalib glən komada finalda Fransa ilə qarşılaacaq.

DÇ-2018

Yarımfinal

11 iyul

22:00. Xorvatiya - İngiltərə
Baş hakim: 
Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”

10 iyul

Fransa – Belçika 1:0