Çərşənbə günü 17 Oktyabr 2018

Dünya

Gəncə və Qərb regionu üzrə Rus İcması Elmar Vəliyev və onun mühavizəçisi Qasım Aşbazova qarşı törədilən sui-qəsdi qəti pisləyir

Sənubər Göyüşqızı - 09/07/2018

Gəncə və Qərb regionu üzrə Rus İcması Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və onun mühavizəçisi Qasım Aşbazova qarşı törədilən sui-qəsdi qəti pisləyir.

Ölkənin aparıcı qüvvələri bu hadisəni terror aktı adlandırır. Azərbaycanda, əsasən Gəncədə yaşayan ruslar bu fikirlə tamamilə razıdır. Bu, şəhərimizdəki sülhü, əmin-amanlığı, əhalinin dinc həyatını pozmaqdan başqa bir şey deyil, bu terrorizmdir. Günü-gündən çiçəklənən, durmadan inkişaf edən qüdrətli Azərbaycanın bu durumu nəyinki ərazisinin 20% ələ keçirən  bədnam “qonşuların” boğazından keçmir, hətta ölkəmizdəki dünyəvi, demokratik sistemin islam dini adlandırdıqları insanlara aid olmadığını düşünən müxtəlif növ radikalların  belə gözləri götürmür.

Tarix boyu bəşəriyyət müharibəni, təcavüzü şiddətlə lənətləyir. İndi yeni, daha mürəkkəb, təkəbbürlü, daha sərt və buna görə də daha qəddar bir fenomen - terrorizm ortaya çıxdı. Terror hər bir  zaman, tarix boyu bəşəriyyətə fəlakət, faciə dağıntı və ölüm gətirir. Terrorçunun vətəni və milliyəti olmaz deyirlər. Terrorçu hətta öz vətəninə, xalqına qarşı da cinayətkar əməllər törətməyə həmişə hazırdır.

Hətta ən nəcib istəklə belə törədilən qətlə haqq qazandırmaq olmaz. Tanrıdan başqa heç kimin  insan həyatını məhrum etməyə ixtiyarı yoxdur. Və heç kimdə  öz mənafeyinə görə insanları bədbəxt etməyə haqqı yoxdur.

Biz şəhər rəhbəri Elmar Vəliyevə Tanrıdan şəfa diləyir, tezliklə öz vəzifəsinə dönməyi arzu edirik.

Azərbaycan Respublikası Gəncə və Qərb bölgəsində 10 mindən çox yaşayan rusların adından.

Qərb bölgəsi üzrə rus icmasının sədri Valeri Kozin

Hadisə