Cümə günü 14 Dekabr 2018

Təhsil

UTECA-da Elmi Şuranın yekun iclası keçirilib

Kamilə Cəmşidqızı - 06/07/2018

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın 10 saylı iclası keçirilib.

Əvvəlcə UTECA-nın rektoru Akif Süleymanov Şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra Mehriban Aslanovanı fəlsəfə doktoru elmi dərəcəsini alması,  Hüseyn Budaqovu isə 70 illik yubileyi münasibətilə kollketiv adından təbrik edib.

Sonra 2018/2019-cu tədris ilinin birinci yarımili üçün uni­ver­sitet Elmi Şurasının iş planının müzakirəsi aparılaraq açıq səsvermə yolu ilə təs­diq edilib. Avtomatika, telekommunikasiya və informatika, eləcə də İqtisadiyyat və idarəetmə fakültələrinin he­sa­batları dinlənilib. Toplantı iştirakçılarını universitetdə qəbul planının vəziyyəti ilə tədris işləri üzrə prorektor Vüqar İsmayılov tanış edib. Daha sonra Akif Süleymanov 2017/2018-ci tədris ilində UTECA-nın fəaliyyəti və perspektiv inkişafı  haqqında çıxış edib. Tədris vəsaitlərinin təsdiqi, doktorantların dissertasiya mövzularının və rəhbərlərinin dəyişdirilməsi kimi  müxtəlif məsələlər müzakirəyə çıxarılaraq təsdiq olunub.

 

Photogallery

4 6

Hadisə

Təhsil