Çərşənbə axşamı 19 Fevral 2019

Təhsil

GDU-da mediatur təşkil olunub

Sənubər Qocayeva - 29/01/2019

Gəncə Dövlət Universitetində (GDU) təhsil alan tələbələrin valideynləri, KİV və ictimaiyyə nümayəndələri bu ali təhsil müəssisəsində payız semestrinin imtahan sessiyasının gedişatını izləyiblər.

Mediaturda iştirak edən nümayəndələr imtahan keçirilən auditoriyalarda olub, tələbələrin hazırlığı, imtahan üçün yaradılmış şərait, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlərlə yaxından tanış olublar.

Medaitur iştirakçılarına  2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında yanvarın 4-dən başlayaraq bir ay müddətində 5949 tələbənin iştirak edəcəyi, həmçinin universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və sair məsələlərlə bağlı məlumat verilib.

Qeyd edilib ki, bu imtahan sessiyasında universitet tələbələri 40 ixtisas üzrə test, yazılı, şifahi və qabiliyyət  imtahanlarda iştirak edirlər.

Daha sonra rektorun müşaviri Asif Cavadov payız semestrinin imtahan sessiyasının təşkili və bu günədək olan nəticələr barədə mediatur iştirakçılarını məlumatlandırıb.

Universitetdə bu il yazılı imtahanlara geniş yer ayırıldığını deyən rektorun müşaviri imtahan prosesinə nəzarəti daha yüksək səviyyədə təmin etmək üçün elektron şəbəkənin tam qurulduğunu, qeyri-ixtisas fənləri üzrə imtahanların testlə keçirildiyini, digər  imtahanların isə həm test, həm də yazılı, şifahi formada aparıldığını qeyd edib.

Mediatur iştirakçılarına bu ilki imtahan sessiyasında universitetin rektoru, professor Yusif Yusibovun təşəbbüsü ilə tələbələr üçün tətbiq edilən güzəştlər barədə də məlumat verilib.

Bildirilib ki, birincisi, yazılı və şifahi imtahanlarda iştirak etmiş, lakin 16 bal toplayaraq minimum həddi, yəni lazım olan 17 balı yığa bilməyən tələbələrin imtahan nəticələrinə 1 bal əlavə olunması haqqında universitet rəhbərliyi in tərəfindən göstəriş verilib.

İkincisi, kəsri olan tələbələrin hər bir fənnin kredit sayına uyğun olaraq ödəniləcək məbləği 25 faizdən 10 faizə endirilib.

GDU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən medatur iştirakçıları, xüsusən də valideynlər universitetdə tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini, eləcə də imtahan nəticələrinin yoxlanılmasında təmin edilmiş obyektivliyi və şəffaflığı yüksək qiymətləndiriblər.

Photogallery

DSC 6393 700x500 DSC 6418 700x500 DSC 6391 700x500 DSC 6420 700x500

Hadisə

Cəmiyyət