Cümə günü 16 Noyabr 2018

Elm

UTECA-nın alimlərinin 3 məqaləsi “Thomson Reuters”in jurnallarında dərc olunub

Kamilə Seyidli - 06/07/2018

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Qida mühəndisliyi fakültəsində fəaliyyət göstərən Qida mühəndisliyi və ekspertiza kafedrasının professor-müəllim heyətinin 3 məqaləsi “Thomson Reuters” beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında işıq üzü görüb.

“Xurma meyvəsinin müxtəlif üsullarla saxlanmasının kimyəvi tədqiqi” və “Balqabaq, itburnu və xurmadan kupaj üsulu ilə şirə istehsalı texnologiyalarının tədqiqi” başlıqlı məqalələr Polşada, dünyanın ən qədim elmi jurnallarından olan “SYLVAN”da (162/4-6) dərc edilib. Portuqaliyanın paytaxtı Lissabonda “Ciencia e Tecnica” elmi nəşrində yayımlanan daha bir məqalə isə çörəyin keyfiyyət göstəricilərinin yüksəldilməsi yololarından bəhs edir. B.e.d., prof. Əhəd Nəbiyev, t.f.d. Mərdan Tağıyev, t.f.d. Afət Qasımova, t.f.d. Ulduz Babayeva və assistent Sevda Qurbanovanın həmmüəllif olduqları bu məqalələrdə elm aləminə əhəmiyyətli yeniliklər təqdim olunur.

Bildirək ki, ümumilikdə 2017/18-ci tədris ilində Qida mühəndisliyi və ekspertiza kafedrasının komandasının beynəlxalq miqyasda 40-a yaxın tezis və məqaləsi işıq üzü görüb.

 

 
 

Təhsil