Çərşənbə axşamı 20 Noyabr 2018

QHT

Gəncədə 'Azərbaycanda gender bərabərliyi və media azadlığı' mövzusunda təlim keçirilib

Kamilə Seyidli - 05/07/2018

"Azərbaycanda gender bərabərliyi və media azadlığı" mövzusunda təşkil edilmiş təlimdə Avropa Şurasını təmsil edən Pərvanə Bayramova, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Mətbuat Şurasını təmsil edən Müşfiq Ələsgərli, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyeva, müstəqil ekspertlər Ələsgər Məmmədli, Şəfəq Mehrəliyeva, yerli media və QHT nümayəndələri iştirak ediblər.

Avropa Şurasını təmsil edən Pərvanə Bayramova tədbir iştirakçılarını salamlayaraq bildiriblər ki, "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi Azərbaycanda gender bərabərliyinin və medianın vəziyyətinin daha da təkmilləşdirilməsi, mediada və media vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi, gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş "Jurnalistlərin peşə davranış qaydaları"nın jurnalist və media professionalları arasında təşviqi, gender bərabərliyi və media azadlığı üzrə yeni tədris kursu proqramının hazırlanması üçün həyata keçirilir.

Müstəqil ekspert Ələsgər Məmmədli "Gender bərabərliyi və media azadlığı: Avropa Şurası Standartları və Azərbaycan təcrübəsi", Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Gender bərabərliyi və media azadlığı: Azərbaycan təcrübəsi və digər qabaqcıl təcrübələr", BDU-nun Jurnalıstika fakültəsinin müəllimi Sevinc Əliyeva "Jurnalist etikası və gender mövzusunun işıqlandırılması", müstəqil ekspert Şəfəq Mehrəliyeva isə "Sosial media və gender bərabərliyinin işıqlandırılması" mövzularında çıxışlar ediblər.

Bildirək ki, Şəki, Mingəçevir, Zaqatala və Nizami yurdunda baş tutan təlim Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, diskussiya şəkilində keçirilən təlim Ombudsman Aparatı və Mətbuat Şurası ilə əməkdaşlıq çərçivəsində icra olunub.

 

 

Photogallery

17 20 18 119 21