Bazar günü 23 Sentyabr 2018

Mədəniyyət

Dram Teatr II Beynəlxalq Teatr Festivalda iştirak edəcək

Kamilə Seyidli - 04/07/2018

Gəncə Dövlət Dram Teatrı Gürcüstanda Nodar Dumbadze adına keçirilən II Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

tədbir iyulun 5-dən 14-dək Quriyanın Çoxatauri Mədəniyyət Sarayında keçiriləcək.

Builki festival Nodar Dumbadzenin 90 və Ozurget Teatrının yaranamasının 150 illik yubileyinə həsr olunub. Tədbirdə Azərbaycanla yanaşı, Rusiya teatr truppası da iştirak edəcək.

Festivalda Nodar Dumbadzenin səhnələşdirilmiş əsərlərini 13 teatr nümayiş etdirəcək.