Bazar ertəsi 23 İyul 2018

İdman

Gəncəli basketbolçu Amil Həmzəyev qitə birinciliyinə vəsiqə qazanıb

Sənubər Göyüşqızı - 04/07/2018

Gəncəli basketbolçu Amil Həmzəyev Amsterdamda basketbolun 3×3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində iştirak edib. Amil Həmzəyev Azərbaycan yığma komandasının dördlüyündə yer alıb.

Fuad Niftəliyev, Davit Barbakadze, Amil Həmzəyev və Rolandas Aliyevasdan ibarət Azərbaycan millisi qrup mərhələsini iki qələbə (Rumıniya 16:14, Andora 21:8) və bir məğlubiyyətlə (Hollandiya 12:13) adlayaraq dörddəbir finala yüksəlib. İsveç millisini 21:8 hesabı ilə məğlub edən baş məşqçi Elxan Əliyevin yetirmələri Türkiyə yığmasına 20:11 hesabı ilə qalib gələrək finala yüksəliblər.

Həlledici mərhələdə Rumıniya yığmasından 21:8 hesabı ilə üstün olan basketbolçularımız qitə birinciliyinə vəsiqə qazanıblar.

Hadisə