Bazar ertəsi 24 Sentyabr 2018

Təhsil

“ASAN”çılar Gəncədə yarışıblar

Gülnar Fazilqızı - 03/07/2018

Azərbaycanda fəaliyyət göstərən 13 “ASAN Xidmət” və 1 “ASAN Koküllülər Təşkilatı”ı komandası arasında bilik yarısışı təşkil edilib. ASAN Xidmət, ASAN Könüllülət Təşkilatı və ARB Kəpəz kanalının təşkilatçılığı, ADAU-nun dəstəyi ilə reallaşan intellektual yarış AXC-nin yaranmasının 100 illiyinə həsr olunub.

ARB Kəpəz kanalının çəkiliş pavilyonunda baş tutan intellektual yarış zamanı komandalara Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrünü əks etdirən suallar təqdim edilib. Komanda üzvləri onlara ünvanlanan suallara cəld və düzgün cavab verməyə çalışaraq, həm öz biliklərini nümayiş etdiriblər, həm də qalib olmağa çalışıblar. İdea müəllifi və rəhbəri Elnur Şabanzadə olan layihənin məqsədi tariximizi yaşatmaq, tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.

Qeyd edək ki, intellektual yarışda qalib gələn komandanın adı ARB Kəpəz kanalının efirindən açıqlanacaq.

Photogallery

36487634 2037079283034112 1942700066888220672 N 36476751 2037077099700997 278714493855334400 N 36476596 2037078386367535 4765974747076886528 N