Bazar ertəsi 24 Sentyabr 2018

Mədəniyyət

İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massari Gəncədə aparılan tarixi-arxeoloji tədqiqatlarla tanış olub

Kamilə Seyidli - 02/07/2018

Səfir AMEA Gəncə Bölməsinin alimləri ilə İtaliyadan olan arxeoloqların birgə həyata keçirdikləri arxeoloji və etnoqrafik tədqiqatlar, aparılan qazıntı işləri ilə bağlı məlumatlandırılıb.

Görüşdə AMEA Gəncə Bölməsinin professoru Həsənbala Sadıqov, Bölmənin baş mütəxəssisi Elnur Həsənov və mütəxəssis Ayaz Hüseynov, İtaliyalı arxeoloqlar professor Nikola Laneli, Quido Quarduççi, Mudven Pulmark, həmçinin tədqiqatlarda iştirak etmiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov iştirak edib.

Söhbət əsnasında aparılan tarixi tədqiqatlar sayəsində Gəncənin 4000 illik tarixi haqqında yeni faktların üzə çıxarıldığı diqqətə çatdırılıb.

Səfir gələcək müştərək elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Photogallery

36528630 1973801865998082 2699753512404779008 N