Çərşənbə axşamı 20 Noyabr 2018

Siyasət

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib

Sənubər Qocayeva - 30/06/2018

Tədbirdə qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan təşkilat şöbəsinin sədri İsmayıl İsmayılov Yeni Azərbaycan Partiyasının milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrildiyini qeyd edib. Bildirib ki, dünənin, bu günün və gələcəyin partiyasının xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətləri var. O, ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsini onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən danışıb. Sonra İsmayıl İsmayılov qarşıda duran vəzifələrdən danışıb, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin artırılmasını diqqətə çatdırıb.

Tədbir diskussiya şəraitində keçib, ərazi ilk partiya təşkilatlarında görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.

Photogallery

13 11