Çərşənbə axşamı 20 Noyabr 2018

Mədəniyyət

İran Milli Orkestri Gəncədə konsert verib

GanjaNews - 30/06/2018

İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirinin başçılıq etdiyi nümayəndə heyəti, habelə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin tamaşaçı qismində qatıldığı gecədə Şərq-İran musiqisinin ən gözəl nümunələri səsləndirilib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsert Azərbaycanda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində baş tutub.

Tanınmış İran dirijoru Firudin Şəhbarianın bədii rəhbərliyi ilə İran Milli Orkestri 90 dəqiqə ərzində tamaşaçılara maraqlı musiqi əsərləri təqdim edib.

İranın məşhur xanəndəsi Salar Əqilinin ifasında səslənən bir-birindən gözəl əsərlər musiqi sevərlərin zövqünü oxşayıb.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçirilən İran Mədəniyyət Günləri 27 iyun – 1 iyul tarixlərini əhatə edir. İran Mədəniyyət Günlərinin proqramına Bakı və Gəncədə müxtəlif mədəni toplantı və mərasimlər keçirilməsi, İran incəsənət ustalarının iştirakı ilə konsert və sərgilərin təşkili,  film və tamaşaların nümayişi daxildir.

Photogallery

36357147 1530926080346384 7012168924066217984 N 36403819 1530926037013055 7585242776829165568 N 36368115 1530925850346407 6108104795321532416 N 36373184 1530925743679751 6498064830543429632 N