Bazar ertəsi 23 İyul 2018

Elm

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunan konfrans keçirilib

Kamilə Seyidli - 30/06/2018

Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Cəlal Əliyev Azərbaycan biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru İbrahim Cəfərov akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən danışıb. Rektor qeyd edib ki, akademik Cəlal Əliyev yüksək dən keyfiy­yətinə və məhsuldarlığa malik, Azərbaycanın buğda əkini sahəsinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və Gürcüstanda yaxşı nəticə­lər verən buğda sortlarını yaratmış, Azərbaycanda bitki genetik ehti­yatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiya­sını işləyib hazırlamış, Bitki Genbankı yaratmış,  “Azərbaycanın Qırmızı kitabı” nəşrinin baş redakto­ru olmuşdur. Onun yaratdığı elmi məktəbin nümayəndələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində, o cümlədən MDB, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail və Avropada aqrar elmin inkişafına töhfələr verirlər.

ADAU-nun Taxıl və paxla bitkiləri laboratoriyasının müdiri Firuddin Qurbanov akademik Cəlal Əliyevin seleksiya elmində böyük nailiyyətləri olduğunu bildirib. Cəlal Əliyevin "İdeal buğda" tezisi bugünkü gündə də öz aktuallığını qoruduğunu deyən Firuddin Qurbanov Azərbaycanda olan taxıl bitkilərinin toplanması, qorunması, onların üzərində müşahidələrin aparılması zəmanəmizin alimləri tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. ADAU-da dörd qarğıdalı, üç buğda, bir diskaliya sortlarının yaradıldığını deyən Firuddin Qurbanov Cəlal Əliyevin ideaları hələ üzün illər öz aktuallığını qoruyacağını xüsusi vurğulayıb.

Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ələmdar Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi Ziyadə İbrahimova, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun laboratoriya müdiri dosent Şəhriyar Bayramov, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri dosent Tofiq Allahverdiyev, ADAU-nun Biologiya kafedrasının müdiri professor Zaur Hümbətov, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri dosent Arif Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri dosent Aynur Həsənova akademik Cəlal Əliyevin fundamental elmi araşdırmaları və nəaliyyətlərinə dair maraqlı məruzələrlə çıxış ediblər, xatirələrini bölüşüblər.

 

Photogallery

36356995 2055936177981429 7178917722208600064 N 36352728 2055936167981430 7094047179869782016 N 36428629 2055936244648089 9044936521030828032 N 36428640 2055936141314766 6527641757755113472 N 36457844 2055936191314761 8911926692453285888 N 36321466 2055936221314758 5321289296617930752 N 36476583 2055936207981426 2985185253506678784 N

Hadisə