Bazar ertəsi 23 İyul 2018

Mədəniyyət

Gəncədəki 'N' saylı hərbi hissəsində '26 iyun - Silahlı Güvvələr Günü'nə həsr olunmuş bayram tədbiri təşkil olunub

GanjaNews - 29/06/2018

FHN-nin Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində istedadlı gənclərin iştirakı ilə baş tutan tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər evinin birgə təşkilatşılığı ilə reallaşıb

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranmasının 100-cü ildönümü münasibətilə  şəxsi heyəti və iştirakçıları təbrik edib, ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə geniş məlumat veriblər.

Tədbirin bədii hissəsi istedadlı gənclərin çıxışları ilə davam edib. Onların ifasında hərbi mahnılar, şeirlər, vətənpərvərlik musiqi və rəqslər iştirakçılarda xoş ovqat yaradıb.

Bayram tədbirin sonunda bir sıra fəal hərbi qulluqçu fəxri fərman və diplomlarla təltif olunub.

Tədbirin həyata keçirilməsində fəal iştiraklarına görə bir sıra tələbə-gənclərə də hərbi hissənin rəhbərliyi tərəfindən fəxri fərman və diplomlar təqdim edilib.

Photogallery

9 2 10 15 11 4 1

Hadisə