Bazar ertəsi 23 İyul 2018

Elm

ADAU əməkdaşlarının Türkiyədə kitabı çap olunacaq

Sənubər Göyüşqızı - 28/06/2018

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Fərrux Rəhimov və Günel Əsədovanın müəllifi olduğu “Sibirdə bir Türk yurdu – Yakutistan” adlı kitabı çapa imzalanıb.

ADAU-nun Menecment və aqrar marketinq kafedrasının assistenti, Tələbə Elmi Cəmiyyətinin sədri F. Rəhimov, və Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının laborantı G. Əsədovanın həm müəllifi olduğu kitab Saha türkləri ilə əlaqədar ümumilikdə 64 səhifədən ibarətdir. 

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə kitabın yayımlanması təklifi nəşriyyat (OmniScriptum) tərəfindən olub və 2002-ci ildə Almaniyanın Saarbrücken şəhərində fəaliyyətə başlayıb. Müxtəlif dillərdə kitab dərc edən nəşriyyat '' LAP Türkcə xüsusi Seriya'' adlı ilə akademik kitabların çapını da həyata keçirir.

OmniScriptum Diplom və dissertasiya işləri, tədqiqat layihələri və digər akademik işlərin yayımlanması sahəsində ixtisaslaşmış, öndə gedən nəşriyyatlardandır. Müxtəlif sahələrdə aparılan elmi sınaq və araşdırmaların nəticələrini, müxtəlif mövzulara aid məqalələr, dissertasiya işləri, bakalavr və magistr dissertasiyaları və başqa akademik əsərləri monoqrafiya şəklində, yəni müstəqil, elmi nəşr olaraq nəşr edir. F. Rəhimovun həmmüəllifi olduğu “Türk muxtar Respublikaları üzərində bir araşdırma: Yakutistan nümunəsi” adlı konfrans materialını internetdə görən nəşriyyatın əməkdaşları bu tədqiqatı kitab formasında çap etməyi təklif etmişdir.

Xatırladaq ki, kitab artıq çapa imzalanıb və internetdə əvvəlcədən sifariş qəbul etmək üçün satışa qoyululub.

Hadisə