Bazar ertəsi 23 İyul 2018

Elm

Gəncə növbəti dəfə beynəlxalq konfransa ev sahibliyi edəcək

GanjaNews - 27/06/2018

Gəncədə AMEA-nın A.A.Bakixanov adına Tarix İnstitutu, T.C.Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan və s., ümumilikdə 14 ölkədən 40-a yaxın tanınmış tarixçi-alim iştirak edəcək.

Ulu öndər Heydər Əliyevin adını daşıyan park-komplesdəki abidəsi ziyarət olunacaq, önünə tər çiçəklər düzüləcək. Heydər Əliyev Mərkəzində Tarix İnstitutunun nəşr etdiyi 3500 elmi əsər və kitabların sərgisi keçiriləcək, həmin nəşrlər də sonda Gəncə şəhərinə hədiyyə ediləcək. Heydər Əliyev Mərkəzinin konfrans zalında “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı və plenar iclası baş tutacaq.

3 gün davam edəcək konfransın bölmə iclasları AXC hökümətinin fəaliyyət göstərdiyi tarixi binada, həmçinin AMEA-nın Gəncə Bölməsində keçiriləcək. 

“Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçıları artıq Gəncədədirlər. Onlar şəhərin tarixi və mədəniyyət mərkəzləri: "Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi", "Nizami Gəncəvi Məqbərəsi", "İmamadə" Dini-Memarlıq Abidə Kompleksi ilə tanış olduqdan sonra, “Göygöl” Milli Parkına səyahət edəcəklər. 

Beynəlxalq konfrans çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramının təşkili nəzərdə tutulub.

 

Photogallery

IMG 9742 IMG 9753

Hadisə