Bazar ertəsi 24 Sentyabr 2018

QHT

Gəncədə 'Autizm sidromu nədir, onun əlamətləri və xüsusiyyətləri' mövzusunda təlim təşkil olunub

Kamilə Seyidli - 26/06/2018

Layihənin əsas məqsədi Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaqdır. Bu məqsədlə təşkil olunmuş Reabilitasiya Mərkəzində mütəxəssislər tərəfindən həmin uşaqlar üçün müxtəlif məşğələlər və tədbirlər həyata keçirilir. Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqlarda müsbət dəyişikliklər hiss olunur.

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkün və digər ailələrin xüsusi qayğıya ehtiyacı olan uşaqlarına davamlı Reabilitasiya xidmətlərinin göstərilməsi”   layihəsinin may ayından icrasına başlamışdır.

Həyata keçirilən layihə çərçivəsində 25 iyun 2018-ci ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün "Autizm sidromu nədir, onun əlamətləri və xüsusiyyətləri" mövzusunda təlim təşkil olunmuşdur.

Təlimi aparan mütəxəssis-loqoped İlhamə Abbasova autizm sindromu, onun əlamətləri, baş vermə səbəbləri və xüsusiyyətləri, eyni zamanda autizmin müalicəsində həyata keçirilən tədbir və məşğələlər barədə təlim iştirakçılarına geniş məlumat verdi.  

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyinin sədri,  layihə rəhbəri Aynur Əliyeva bildirib ki, təlim interaktiv formada keçirildi. Təlim zamanı nümunə kimi xüsusi olaraq autizm sindromundan əziyyət çəkən bir uşaqda əldə olunan nailiyyətlər əyani şəkildə təlim iştirakçılarına göstərildi (ilkin vaxtlarda həmin uşaq mərkəzə gələndə danışmırdı, davranış pozğunluğu mövcud  idi, hər hansı mağazanın önündən keçəndə nə isə almaq üçün özünü yerə çırpırdı və digər xoşagəlməz davranışları var idi). Həmin uşaq 3 ildir mütamadi oplaraq mərkəzə gəlir və artıq bu gün həmin uşaqda gözə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş vermişdir. Keçirilən təlimin əsas məqsədi valideynlərə autizm sindromu barədə geniş məlumat verməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edir.

Photogallery

3 5 7 6 8