Çərşənbə axşamı 20 Noyabr 2018

Elm

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” adlı elmi-praktiki konfrans keçirib

Sənubər Qocayeva - 26/06/2018

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktiki konfrans keçirib.

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktiki konfrans keçirib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Azərbaycan Respublikasının qüdrətli və nizami orduya malik olması ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. İlk rəsmi Silahlı Qüvvələrimiz 1918-ci il iyunun 26-da yaradılsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanıb. Lakin ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb. Müdrik rəhbərin cəsarətli addımları sayəsində Bakıda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycanın müstəqilliyinin bərpasından sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib. Natiq, həmçinin qeyd edib ki, Ümummilli Lider 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi zaman, milli ordunun olmadığı bir vaxtda Naxçıvanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən müdafiə etmək üçün Naxçıvan Milli Müdafiə Komitəsini yaratmış və bunun nəticəsi olaraq Ermənistan silahlı qüvvələrinin işğalının qarşısı alınıb. 1993-cü ildə Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilib, Azərbaycan Respublikasının nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələri formalaşdırılıb. Ulu Öndərin müdrik siyasətinin alternativsiz davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev həmin islahatları daha da genişləndirib və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı güclərindən birinə çevrilib.

Natiq ümummilli lider Heydər Əliyev tərəfindən hərbi təhsil sisteminin qurulması və təkmilləşdirilməsi prosesindən söz açaraq bildirib ki, məhz bu sistemin yetişdirdiyi peşəkar kadrlar ölkəmizin sərhədlərini əzmkarlıqla müdafiə etməklə yanaşı, dövlətimizi beynəlxalq sülhməramlı qüvvələrin tərkibində layiqincə təmsil edirlər.

M.İsmayılov qeyd edib ki, Azərbaycan dövlətçiliyi və xalqı qarşısında göstərdiyi xidmətlərə görə Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Gəncə Dövlət Universitetinin professoru, tarix elmlər doktoru Həsənbala Sadıqov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğuna geniş nəzər salıb.

FHN Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Asif Məmmədli bildirib ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Ümummilli Liderin, müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, milli ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir.

Tədbirdə çıxış edən Gəncə Regional Mərkəzinin şöbə rəisi, polkovnik-leytenant Qabil Əliyev və sektor müdiri Elnur İmanov Ümummilli Liderin Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib, bugünkü güclü Azərbaycan ordusunun məhz Onun xidmətlərinin nəticəsi olduğunu vurğulayıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Konsert proqramında Azərbaycanın gənc istedadlı musiqiçisi dirijor Cavad Tağızadənin və Xəzər Universitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Photogallery

12 10