Bazar ertəsi 23 İyul 2018

İqtisadiyyat

Moldovada keçirilən şərab müsabiqəsində “Gəncə Şərab -2” zavodu 4 qızıl medal qazanıb

Samirə Süleymanlı - 22/06/2018

“Gəncə Şərab -2” zavodunun texnoloqu Namiq Vəliyev bunu iyunun 22-də "XXI əsrdə yüksək effektli biotexnologiyanın şərabçılıq sahəsində tətbiqi" mövzusuna həsr olunmuş seminarda jurnalistlərə müsahibəsində bildirib.

Namiq Vəliyev qeyd edib ki, müəssisənin istehsal etdiyi şərab nümunələrindən biri 24 dövlətin 250 şərabçılıq nümunəsi arasında ən yüksək yerə layiq görülüb.

Namiq Vəliyev nəzərə çatdırıb ki, zavod hər ay Rusiyaya öz şərabçılıq məhsullarını ixrac edir. Bu məhsullardan, həmçinin Çin Xalq Respublikasına da göndərilir. Əvvəlki illə müqayisədə ixracın həcmində də xeyli artım olub.

Zavod təmsilçisinin sözlərinə görə, digər dövlətlərlə də şərab məhsullarının ixracı ilə bağlı müqavilələr nəzərdə tutulub.

 

 

 

Hadisə