Cümə günü 16 Noyabr 2018

Səhiyyə

Gəncədəki dövlət xəstəxanalarında ilk dəfə olaraq laparoskopik əməliyyatlar keçiriləcək

Kamilə Seyidli - 21/06/2018

Gəncədəki dövlət xəstəxanalarında, xüsusən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ilk dəfə olaraq laparoskopik əməliyyatlara başlanılacaq. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə naziri tərəfindən şəhər Səhiyyə idarəsinə yeni təyin edilən rəisi ictimaiyyət nümayəndələrinə təqdim edərkən məlumat verib.

Hazırda dünya səhiyyəsinə inteqrasiya yolunda olan Azərbaycan səhiyyəsinin bugünkü inkişafından və əldə etdiyi uğurlarından danışan Elmar Vəliyev bildirib ki, son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də müasir standartlara cavab verən yeni dövlət və özəl xəstəxanaları fəaliyyətə başlayıb. Həmçinin bir çox dövlət xəstəxanaları müasir tələblər səviyyəsində yenidən qurularaq əhalinin xidmətinə verilib.

Elmar Vəliyev qeyd edib ki, bu vaxta qədər Gəncədəki bir çox özəl xəstəxanalarda endoskopik əməliyyatlar aparılsa da, şəhərdəki dövlət xəstəxanalarında bu cür əməliyyatlar aparılmırdı. Yenidən qurulmuş, peşəkar kadrlarla və müasir tibbi avadanlıqlarla təmin edilmiş dövlət xəstəxanalarında da tezliklə laparoskopik əməliyyatlar həyata keçiriləcək.

AZƏRTAC

Təhsil