Bazar ertəsi 24 Sentyabr 2018

Mədəniyyət

Gəncədə ikinci kinoteatr istifadəyə verilib

Kamilə Seyidli - 18/06/2018

“Cinema Plus” kinoteatrlar şəbəkəsinin növbəti kinoteatrı Azərbaycanın ikinci böyük şəhərində, "Gəncə Mall" ticarət mərkəzində istifadəyə verilib. Kinoteatrın rəsmi açılış mərasimində “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Biznesin inkişafı departamentinin rəisi Zaur Darabzadə, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Repertuar planlaşdırılması departamentinin rəisi, “Cinemazadeh” kino şirkətinin baş prodüsseri və “Cinema Distrubution” yayım şirkətinin baş direktoru Cəfər Axundzadə, kino ulduzları və ictimayyət nümayədələri iştirak ediblər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, “CinemaPlus Gəncə Mall”da yüksək parlaqlığa malik olan yeni nəsil “Barco” proyektorları və səs sistemləri ilə təchiz olunub. Kinoteatr 5 zal və 453 oturacaq yerindən ibarətdir. Bundan başqa “CinemaPlus” kinoteatrı GetD texnologiyasını tətbiq edir. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olub ki, bu da tamaşaçıların zövqünü oxşayacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Biznesin inkişafı departamentinin rəisi Zaur Darabzadə Gəncədə ikinci kinoteatrın açılımasını, bu şəhərdə baş verən inkişafın nəticəsi kimi qiymətləndirib. O bildirib ki, yeni açılan kinoteatrda müəllim, tələbə və uşaqlar üçün xüsusi aksiyaların təşkili nəzərdə tutulur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə şurasının üzvü və Repertuar planlaşdırılması departamentinin rəisi Cəfər Axundzadə bildirib ki, şəbəkənin digər kinoteatrları kimi, “CinemaPlus Gəncə Mall”da da mə.hur simaların iştirakı ilə müxtəlif kino festivallarının keçirilməsi nəzərdə tutulur.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyev fondunun dəstəyi ilə, rəhbəri və baş prodüseri Arzu Əliyeva olan, “Bakı Media Mərkəzinin” lentə aldığı və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan “Son İclas” sənədli filmi, həmçinin “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Kəklikotu” filmi nümayiş olunub.

VİDEO: https://www.youtube.com/watch?v=XEQ_9D5qTrw

 

Photogallery

35518689 1513651008740558 4527902558080991232 N 35559086 1513650018740657 3642903436975931392 N 35528688 1513650715407254 4541717440647659520 N 35472581 1513651068740552 5467461756848701440 N