Cümə günü 14 Dekabr 2018

Elm

ADAU-da “Müstəqilliyə gedən yol qurtuluşdan başlayır” adlı elmi-nəzəri konfrans keçirib

Sənubər Qocayeva - 16/06/2018

Tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və Multikulturalizm kafedrasının əməkdaşları Aqrar İqtisadiyyat və Aqrobiznesin idarə edilməsi fakültələri ilə birgə 15 iyun “Milli Qurtuluş Günü”nə həsr edilən “Müstəqilliyə gedən yol qurtuluşdan başlayır” adlı elmi-nəzəri konfrans keçirib.

Konfrans Azərbaycan respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. ADAU-nun Elmlmi işlər üzrə prorektoru Vüqar Bəşirov konfransı açıq elan edib, qurtuluş gününün tarixi əhəmiyyətindən, xalqımızın və dövlətimizi taleyində bu günün dəyərindən ətraflı danışıb. 15 iyun Qurtuluş gününün xalqımızın tarixində ən şanlı səhifələrdən biri olduğunu bildirib.

“İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri, professor  Azad Bayramov isə deyib ki, Azərbaycanın müstəqillik tarixində müstəsna yeri olan 1993-cü il 15 iyun-Qurtuluş günü güclü və müasir Azərbaycanın təməlinin qoyulduğu gün olmaqla bərabər, həmçinin xalqın yeni fəlakətlərdən və parçlanmaqdan xilas edib. Ulu öndər Heydər Əliyevin “Şah əsəri” olan müstəqil Azərbaycan Respublikası hər bir sahədə uğurla inkişaf edir və bu inkişaf prosesində Heydər Əliyevin parlaq şəxsiyyəti, dərin zəkası və uzaqgörənliyi daim görünür.

Müəllimlərdən A.Axundov, S.Əlizadə, tələbələrdən A.Musayev, S.Qarayeva, T.Məmmədov və başqaları həmin dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətində səylərindən ətraflı danışıblar.

 

Photogallery

10 9 11

Hadisə

Təhsil