Cümə günü 16 Noyabr 2018

Səhiyyə

Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub

GanjaNews - 15/06/2018

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib. Tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Davud oğlu Haqverdiyev Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin edilib.

Tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Davud oğlu Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən Bəxtiyar Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində cərrahiyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb.

Bəxtiyar Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində  cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb.

2014-cü ildə Bəxtiyar Haqverdiyev Yevlax Mərkəzi Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub.

2016-cı ildən bu günədək Bəxtiyar Haqverdiyev Ağdam rayon mərkəzi xəstəxanasına baş həkim kimi fəaliyyət göstərib.

Bəxtiyar Haqverdiyev Tibb üzrə fəlsəfə doktoru, səhiyyə əlaçısıdır. Kazan Tibb Akademiyasında və Türkiyə Cümhuriyyəti Yüksək Eyitim və araşdırmalar xəstəxanasında laproskopik cərrahiyyə üzrə təkminləşdirmə kurslarıni bitirmişdir. Ailəlidir, 4 övladı var.

 

Təhsil