Cümə axşamı 18 Oktyabr 2018

Təhsil

Gəncənin 7 saylı tam orta məktəbində 'Son zəng' çalındı

Sənubər Qocayeva - 14/06/2018

Bu gün Azərbaycanda orta məktəblərin məzunları üçün “Son zəng” çalınır.

Bu münasibətlə Gəncə şəhər 7 saylı tam orta məktəbdə  “Son zəng” tədbiri baş tutub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Cəfərov, şəhər 7 saylı tam orta məktəbin direktoru Sevda Sadıqova, müəllim, şagird və valideyinlər iştirak edib.

Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 7 saylı tam orta məktəbin direktoru, Sevda Sadıqova məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elçin Cəfərov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, həmçinin Gəncə şəhərində gənclər üçün yaradılan yüksək şəraitən bəhs edib. 

“Son zəng” tədbirində on birincilərlə yanaşı birincilər də həyəcanlı görünüblər. Məzunlar 11 ildə onlara  elm, bilik öyrədən, savad verən müəllimlərinə minnətdarlıq bildiriblər. 11-cilərin hazırladıqları rəqslər, şerlər maraqla izlənilib. Məzunlar 11 il müddətində bir parta arxasında oturduğu yoldaşları ilə məktəbdə son dəfə şənləniblər. Məzunlar həyatın çətin sınaqlarından uğurla çıxacaqlarına, ali təhsil ocaqlarına daxil olub müxtəlif sənət və peşələrə yiyələnəcəklərinə əminlik ifadə ediblər.

Tədbirin yekununda 7 saylı tam orta məktəbin məzunları üçün 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.

 

Hadisə